32 vilayətdə İŞİDə qarşı əməliyyat: 77 şübhəli yaxalanıb

03.12.2024

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İzmir mərkəzli 32 vilayətdə terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda barəsində həbs qətimkan tədbiri seçilən 114 şübhəlidən 77-si saxlanılıb.

Gununsesi.info  Türk mediasına istinadən xəbər verir ki, İzmir, Konya, Ankara, Qaziantep, İstanbul, Tekirdağ, Adana, Adıyaman, Yozgat, Şanlıurfa, Bursa, Kahramanmaraş, Van, Kocaeli, Bingöl, Ağrı, Yalova, Kayseri, Muş, Şırnak, Siirt, Çankırı, Aksaray, Diyarbəkir, Antalya, Samsun, Sakarya, Malatya, Hakkari, Hatay, Mersin və Ispartada eyni vaxtda həyata keçirilən əməliyyatda 77 şübhəli tutulub.

Şübhəlilərdən 8-nin xaricdə olduğu, 29-nun tutulması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Axtarışlar zamanı çoxlu rəqəmsal materiallar və qadağan olunmuş nəşrlər ələ keçirilib.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью