32 yaşlı fenomenin dəhşətli sonu Meyiti çamadanın içində tapıldı

26.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstriyada yaşayan 32 yaşlı sosial media fenomeni Stefanie Pieperin meyiti Sloveniyanın sərhədi yaxınlığındakı meşəlik ərazidə çamadanın içindən tapılıb.

“Yeni Sabah” xəbər verir ki, Pieper ötən il noyabrın 23-də Milad tədbirindən sonra evinə qayıdıb. İddialara görə, həmin gecə keçmiş sevgilisi 31 yaşlı Patrick M. tərəfindən evində boğularaq və bıçaqlanaraq öldürülüb.

Məlumata görə, şübhəli şəxs meyiti çamadana qoyaraq ögey atası və qardaşının köməyi ilə Avstriya-Sloveniya sərhədindəki meşəyə aparıb və basdırıb. Pieperin ertəsi gün fotosessiyaya gəlməməsindən şübhələnən fotoqraf polisə məlumat verib. Pepperoni pizza

Bir həftə sonra qadının meyiti çamadanın içində aşkarlanıb. Qaçan Patrick M. Sloveniyada saxlanılaraq Avstriyaya təhvil verilib.

Ekspertizanın nəticələrinə əsasən, qadının çamadana qoyularkən həyatda ola biləcəyi ehtimalı ortaya çıxıb, lakin ölümün dəqiq vaxtı müəyyən edilməyib. Patrick M. əvvəlcə cinayəti qısqanclıq səbəbindən törətdiyini etiraf etsə də, daha sonra ifadəsini dəyişib. Onun barəsində rəsmi qətl işi açılıb.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью