32 yaşlı qadın iş zamanı xəsarət aldı

17.10.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Mingəçevir Sənaye Parkının əməkdaşı iş başında olarkən xəsarət alıb. 

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında tekstil fabrikində baş verib. İlkin məlumata görə, dəzgəhın şlank təyinatlı qurğusu qəfildən məhvərindən çıxaraq  iş başında olan 1993-cü il təvəllüdlü əməkdaş  Məmmədova Xəyalə Ədalət qızının sifətinə çırpılıb və gözünü zədələyib.

Yaralı əməkdaş təcili xəstəxanaya çatdırılıb. Durumu orta ağır olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью