32 yaşlı qadının qəhvə içdikdən sonra ürəyi dayandı

05.12.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

32 yaşlı qadın arıqladıcı qəhvə içdikdən sonra infarkt keçirərək intubasiya edilib.

Milli.Az xəbər verir ki, Türkiyə Əczaçıları Dərnəyi sosial mediada "təbii" və "bitki mənşəli" adı altında satılan qəhvələrlə bağlı ciddi xəbərdarlıq edib.

"Sağlamlığa qısa yol yoxdur. Sosial mediada satılan məhsullar maddələr mübadiləsini gücləndirdiyini iddia etsə də, ciddi sağlamlıq riskləri yaradır".

Bitki mənşəli qəhvə və çay kimi məhsullar zərərsiz deyil. Onlayn təqdim olunan "asan həllər" və "sehrli formulalar" insan sağlamlığını riskə atır.

Bu cür məhsullardan yalnız həkim və ya əczaçının məsləhəti ilə istifadə edilməlidir. Sağlamlığınızı riskə atmayın.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью