32 yaşlı rəssam vəfat etdi

30.10.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyalı rəssam Emma Reznikova vəaft edib.

Axsam.az xəbər verir ki, rəssam 32 yaşında dünyasını dəyişib.

Bildirilib ki, Emma Reznikova onurğa əzələlərinin atrofiyası xəstəliyindən əziyyət çəkib. 2024-cü ildə bu xəstəliklə əlaqədar mürəkkəb əməliyyat keçirən rəssamın sonrakı müalicəsi ağır fəsadlarla nəticələnib.

Atası Mixail Podvoxun sözlərinə görə, Emma kəskin appendisit keçirib. Lakin əvvəlki əməliyyatın fəsadları səbəbindən qarın nahiyəsində yaranan ağrını hiss etməyib. Nəticədə infeksiya qana yayılaraq sepsisə səbəb olub. Rəssamın vəziyyəti ağırlaşıb və çoxsaylı orqan çatışmazlığı nəticəsində ürəyi dayanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью