32 yaşlı yarımmüdafiəçi La Liqada martın ən yaxşısı seçildi

30.03.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Betis"in 32 yaşlı ispaniyalı yarımmüdafiəçisi İsko La Liqada mart ayının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə İspaniya çempionatının mətbuat xidməti məlumat yayıb.

Mükafat uğrunda mübarizədə o, Kilian Mbappe ("Real"), Pedro Diaz ("Rayo Valyekano"), Umar Sadiq ("Valensiya") və Markos Alonsonu ("Selta") qabaqlayıb. Bu, İskonun 2024/2025 mövsümündə ilk belə mükafatıdır.

Qeyd edək ki, İsko bu mövsüm "Betis"in heyətində bütün turnirlərdə ümumilikdə 19 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью