325 min avroluq müdafiəçi gəldi

14.02.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Turan Tovuz” ötən şənbə qış “transfer pəncərəsi”ndə 4-cü əcnəbi keçidini reallaşdırdı. “Bozqurdlar” Hayderson Hurtado ilə 2,5 illik müqavilə bağladı.

Hayderson 1995-ci il noyabrın 25-də dünyaya gəlib. Karyerası boyunca müxtəlif klublarda çıxış edib. O, peşəkar karyerasına 2018-ci ildə Brazilyanın “Genus” klubunda başlayıb və 6 oyun keçirib. Müdafiəçi 2019-cu ildə Brazilyanın “İtarare” klubunun şərəfini qoruyub. 2020/21 mövsümündə “Parana”nın uğurları üçün çalışan futbolçu 23 oyunda 1 qol vurub.
Hayderson 2021/22 mövsümündə Slovakiyanın “Sered” klubunda çıxış edib. Bu müddət ərzində futbolçu 12 oyunda iştirak edib və qol vurmayıb. 2022/23 mövsümündə isə Slovakiyanın “Skalitsa”klubunda 16 oyunda 2 qolla yadda qalıb. Sonuncu dəfə Çexiya “Yablonets”inin formasını geyib.
36 oyunda meydana çıxan müdafiəçi qol vurmayıb. Onun transfer dəyəri 325 min avrodu.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью