3+3 formatı Növbəti görüş Bakıda keçirilə bilər

10.10.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda tələbələrlə görüşü əsnasında dilə gətirib. O bildirib ki, hazırda sözügedən formatda yeni danışıqların aparılması üçün lazımi hazırlıq işləri görülür, Azərbaycan və Ermənistanla əlaqə saxlanılır. Eyni zamanda, əlavə məlumata əsasən, tədbirin ya Bakıda, yaxud İrəvanda keçiriləcəyi planlaşdırılır.
"Onlar belə bir görüşü keçirməyə hazırdırlar. Çünki bir sıra prioritet məsələ üzrə razılığa gəlməlidirlər. Moskva bu prosesə hər cür dəstək göstərir. Ümumilikdə, bütün tərəflər həmfikirdirlər ki, "3+3" formatı özünü doğruldub. Mövqeyimiz budur ki, regiondakı problemlər məhz regional dövlətlər tərəfindən öz həllini tapmalıdır. Əlbəttə, üçüncü ölkələrin (ABŞ-ni nəzərdə tutur – red.) iştirakı da əhəmiyyətli rol oynaya bilər, ancaq bu, yerli oyunçuların reallıqları və maraqları zəminində baş verməlidir", – diplomat vurğulayıb.

(Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya-Ermənistan Universitetinin tələbələri ilə görüşdə)
Paşinyan: "Tramp yolu" MDB üçün yeni imkanlar yaradır" | VİDEO
Səfirin sözlərinə görə, Bakı-İrəvan münasibətlərinin normallaşması prosesi, habelə Ermənistan-ABŞ dialoqu qonşu ölkələrin maraqları ilə kəsişir. Belə bir vəziyyətdə "3+3" platforması çoxtərəfli danışıqların həyata keçirilməsinə şərait yaradır.
O, platformada Gürcüstanın da iştirakı məsələsinə toxunub. Diqqətə çatdırıb ki, rəsmi Tiflis bu formata əvvəlcə maraq göstərərək ilk görüşə qoşulub, amma sonradan uzaqlaşıb: "Tərəflər yekdilliklə razıdırlar ki, qapı Gürcüstan üçün həmişə açıqdır".
Xatırladaq ki, format üzrə indiyədək axırıncı görüş 2024-cü ilin oktyabrında Türkiyənin İstanbul şəhərində baş tutub.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью