“3+3” formatı yenidən gündəmdə Lavrov açıqladı

17.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“3+3” regional əməkdaşlıq platformasını, eləcə də iqtisadi və mədəni-humanitar əməkdaşlıq məsələlərini müzakirə edəcəyik.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ceyhun Bayramovla danışıqlardan öncə bildirib.

“Əlbəttə, Cənubi Qafqazdakı vəziyyət barədə danışacağıq. Regional əməkdaşlığın “3+3” formatına marağın yenidən artmasına diqqət yetirdik”, - deyə Lavrov qeyd edib.

Lavrovun sözlərinə görə, görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti də nəzərdən keçiriləcək. Bu çərçivədə apreldə keçirilmiş Hökumətlərarası Komissiyanın 24-cü iclasının nəticələri də diqqətdə saxlanılacaq.

Tərəflər, həmçinin mədəni-humanitar layihələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.

Bundan əlavə, görüşdə ATƏT, BMT və MDB çərçivəsində əməkdaşlıq məsələlərinin də müzakirə olunacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью