Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rusiya hesab edir ki, “3+3” formatında növbəti görüş Azərbaycanda keçirilə bilər”.
525.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammiti çərçivəsində jurnalistlərə deyibh.
“Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılmış - Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İrandan ibarət olan “3+3” formatını qeyd etmək istərdim. Biz bir neçə dəfə görüşmüşük və hazırda Ermənistanla Azərbaycanın bu qrupun xarici işlər nazirlərinin növbəti görüşünə kimin ev sahibliyi edəcəyi barədə razılığa gəlməsini gözləyirik”, –XİN rəhbəri bildirib.
Lavrovun sözlərinə görə, növbəti görüşün Azərbaycanda, ondan sonrakı görüşün isə İrəvanda keçirilməsi məqsədəuyğun olardı. O, belə bir ardıcıllığın düzgün qərar olacağını vurğulayıb.
Pərvanə Sultanova