33 idmançı Qubada bir araya gəldi

01.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsi (EEVZA çempionatı) öncəsi hazırlıqlarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə yığma komanda UNEC klubunun Qubadakı idman zalında təlim-məşq toplanışındadır.

Türkiyəli mütəxəssis Gökhan Edmanın rəhbərlik etdiyi hazırlıq prosesinə həm U-20, həm də U-16 millilərinin üzvləri cəlb olunub. Ümumilikdə 33 idmançının iştirak etdiyi 10 günlük Quba toplanışı oktyabrın 3-də başa çatacaq.

Bakıya qayıtdıqdan sonra U-20 millisi hazırlıqların növbəti mərhələsini ölkə xaricində keçirəcək. Xarici toplanış çərçivəsində bir neçə yoxlama oyununun təşkili də planlaşdırılır.

Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı 22–25 oktyabr tarixlərində Gürcüstanın Rustavi şəhərində təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью