33 il sonra İsrail Livan görüşü: Tarixi imkan, yoxsa yeni oyun? VİDEO

15.04.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


33 il aradan sonra “tarixi imkan” adlandırılan görüş aprelin 14-də Vaşinqtonda İsrail və Livan arasında baş tutdu.

Bakupost.az xəbər verir ki, 2 saatlıq danışıqlarda İsrail və Livan “Hizbullah”ın tam tərksilah olunması ilə bağlı razılığa gələrək, eyni zamanda İranın Livanın gələcəyinə təsirinin məhdudlaşdırılması məsələsini müzakirə ediblər.

Həmçinin, Livanda köçkünlərə yardım məqsədilə ABŞ tərəfindən 58,8 milyon dollarlıq humanitar paket təsdiqlənib. Görüşdən öncə ABŞ Livanın paytaxtının hərbi hücumlardan qorunacağına dair xüsusi təhlükəsizlik zəmanəti verib. Eləcə də rəsmi Beyrut danışıqların yalnız dövlət qurumları səviyyəsində aparılmasını tələb edir və müstəqil oyunçu kimi çıxış etməkdə israrlıdır.

Maraqlıdır, İranın Livanın gələcəyinə təsirinin məhdudlaşdırılması məsələsinin müzakirəsi hansı geosiyasi nəticələrə yol aça bilər?

Rəsmi Beyrutun tələblərini necə izah edə bilərik?

Suallarımızı politoloq Tofiq Abbasov cavablandırıb.

Gülsüm Baxşəliyeva,BakuPost




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью