33 ildən sonra ədalətsiz düzəlişin tətbiqi dayandırıldı

11.08.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbərin mətni

Bakı və Vaşinqton arasındakı münasibətlərdə gərginlik yaradan 907-ci düzəliş tarixə qovuşdu. ABŞ Konqresi tərəfindən 1992-ci ilin oktyabr ayından etibarən “Azadlığı Müdafiə Aktı”na edilən 907-ci düzəlişlə Birləşmiş Ştatların Azərbaycana birbaşa yardımı qadağan edilib.Bununla Azərbaycan ABŞ-ın post-sovet məkanında yardım və dəstəyini birbaşa qəbul edə bilməyən yeganə dövlətə çevrilib. Bu, həmin vaxt Ermənistan tərəfindən təcavüzə məruz qalan Azərbaycana qarşı görünməmiş tarixi ədalətsizlik idi. Azərbaycan-ABŞ münasibətlərinə kölgə salan, ikitərəfli əlaqələrdə gərginlik yaradan bu müddəanın 33 ildən sonra ləğvi, bu ədalətsiz düzəlişin tətbiqinin dayandırılması Azərbaycan diplomatiyasının tarixi uğurudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью