33 ilin direktoru işdən azad edildi

22.11.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Mingəçevir Tarix Muzeyinin direktoru vəzifəsindən azad olunub.

Sfera.az Unikal-a istinadən xəbər verir ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi struktur tabeliyinə aid Mingəçevir Tarix Muzeyinin direktoru Nofər Məmmədəliyev təqaüd yaşının çatması ilə əlaqədar işdən çıxarılıb.

Direktor vəzifəsinin müvəqqəti olaraq icrası muzeyin baş elmi işçisi Aygün Yaqub qızı Yusifovaya həvalə edilib.

Qeyd edək ki, N.Məmmədəliyev 33 il Tarix Muzeyinə rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью