33 illik siyasi yolun Gəncə salnaməsi

24.07.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təsis edilməsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirilib.

XQ xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Gəncə İdman Sarayında Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və YAP Gəncə şəhər təşkilatının son bir ildəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin əldə etdiyi nailiyyətlərdən danışıb. O bildirib ki, Ulu Öndərin siyasi irsi olan Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı 33 illik fəaliyyəti ərzində üzərinə düşən məsuliyyətli missiyanı layiqincə yerinə yetirib, Heydər Əliyev ideyalarına sədaqətini və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyini daim nümayiş etdirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqa və dövlətə xidməti öz fəaliyyətinin əsas prinsipi kimi qəbul edib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoyub. YAP Gəncə şəhər təşkilatı da ötən 33 il ərzində şəhərin ictimai-siyasi həyatında fəal iştirak edərək dövlətin həyata keçirdiyi siyasi kursun yerli səviyyədə dəstəklənməsi və təbliği istiqamətində mühüm fəaliyyət göstərib.

Digər natiqlər də xalqın etimadını qazanan Yeni Azərbaycan Partiyasının bundan sonra da Azərbaycanın qüdrətlənməsinə və dövlətçiliyimizin inkişafına xidmət edəcəyinə əminliklərini vurğulayıblar.

Tədbirdə partiya veteranlarına hədiyyələr təqdim olunub, şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərman, diplom və hədiyyələrlə təltif edilib. Həmçinin, partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

Rəsmi hissədən sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью