3.3 milyon insanın məlumatları oğurlandı

14.11.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb.

Moderator.az xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər.

Bu, son aylarda müxtəlif Yaponiya şirkətlərinə və qurumlarına edilən kiberhücumların artması fonunda baş verib ki, nəticədə indiyə qədər artıq on milyonlarla istifadəçinin məlumatlarının sızdığı qeydə alınıb. Yerli mütəxəssislər bunu süni intellektin sürətli inkişafı və ondan kiberhücumların həyata keçirilməsi üçün istifadəsi edilməsi ilə əlaqələndirirlər.

Yaponiya hökuməti söz verib ki, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələlərində kiçik və orta biznesin dəstəklənməsinə istiqamətlənmiş tədbirlər təşviq ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью