33 mövsümdə 34cü dəfə

05.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Kubokunun 1/8 final mərhələsi 2024/25 mövsümünün ilk penaltilər seriyası ilə əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Sabah” “Turan Tovuz”la səfərdəki dueldən qalib ayrılıb – 2:2, penaltilər seriyası - 3:1.

Bu, kubokun 33 mövsümündə yaşanan 34-cü belə matç olub. Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da müəyyənləşib. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, penaltilər seriyası -  5:4), “Şəfa” “Şəmkir”ə (1:1, penaltilər seriyası - 5:3) qalib gəlib.

Qeyd edək ki, həm “Sabah”, həm “Turan Tovuz” ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью