33 mövsümdə 34cü dəfə

05.12.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Kubokunun 1/8 final mərhələsi 2024/25 mövsümünün ilk penaltilər seriyası ilə əlamətdar olub. 

Fanat.Az xəbər verir ki, “Sabah” “Turan Tovuz”la səfərdəki dueldən qalib ayrılıb – 2:2, p. 3:1.

Bu, kubokun 33 mövsümündə yaşanan 34-cü belə matç olub. Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da müəyyənləşib. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, p. 5:4), “Şəfa” “Şəmkir”ə (1:1, p. 5:3) qalib gəlib.

Qeyd edək ki, həm “Sabah”, həm “Turan Tovuz” ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью