33 mövsümdə 34cü dəfə

05.12.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Kubokunun 1/8 final mərhələsi 2024/25 mövsümünün ilk penaltilər seriyası ilə əlamətdar olub. Sport24.az PFL-ə istinadən xəbər verir ki, "Sabah" "Turan Tovuz"la səfərdəki dueldən qalib ayrılıb – 2:2, p. 3:1.

Bu, kubokun 33 mövsümündə yaşanan 34-cü belə matç olub. Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası "lotereya"da müəyyənləşib. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. "Şahdağ Qusar" "Qusar"a (0:0, p. 5:4), "Şəfa" "Şəmkir"ə (1:1, p. 5:3) qalib gəlib.

Qeyd edək ki, həm "Sabah", həm "Turan Tovuz" ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью