33 mövsümdə 34cü dəfə İdman və Biz

05.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan kubokunun 1/8 final mərhələsi 2024/25 mövsümünün ilk penaltilər seriyası ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, “Sabah” “Turan Tovuz”la səfərdəki dueldən qalib ayrılıb – 2:2, p. 3:1.

Bu, kubokun 33 mövsümündə yaşanan 34-cü belə matç olub. Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da müəyyənləşib. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, p. 5:4), “Şəfa” “Şəmkir”ə (1:1, p. 5:3) qalib gəlib.

Qeyd edək ki, həm “Sabah”, həm “Turan Tovuz” ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью