33 mövsümdə 34cü seriya İdmanXəbər

05.12.2024

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Kubokunun 1/8 final mərhələsi 2024/25 mövsümünün ilk penaltilər seriyası ilə əlamətdar olub.

İdmanxeber.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” “Turan Tovuz”la səfərdəki dueldən qalib ayrılıb – 2:2, p. 3:1.

Bu, kubokun 33 mövsümündə yaşanan 34-cü belə matç olub. Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da müəyyənləşib. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, p. 5:4), “Şəfa” “Şəmkir”ə (1:1, p. 5:3) qalib gəlib.

Qeyd edək ki, həm “Sabah”, həm “Turan Tovuz” ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью