33 rusiyalı Türkiyədə qəzaya düşdü

22.07.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Side bölgəsində 33 rusiyalı turisti daşıyan avtobus qəzaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası Teleqram kanalında məlumat yayıb.

Məlumata görə, onlar ciddi xəsarət almayıb:

“Antalya hava limanından Sideyə gedən turistləri daşıyan avtobus yoldakı maneəyə çırpılıb. Avtobusda Rusiyadan olan 33 turist olub. Qəza nəticəsində turistlərdən heç biri ciddi xəsarət almayıb”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью