33 yaşlı idman ustası qəfil öldü

14.01.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sambo və cüdo üzrə beynəlxalq dərəcəli idman ustası Olqa Baranova 33 yaşında vəfat edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, idmançı qəfil dünyasını dəyişib.

Bu barədə Tver Cüdo Federasiyası məlumat yayıb.

Baranova cüdo və sambo üzrə ölkə çempionatlarında mühüm uğurlar qazanıb: o, səkkiz il Rusiya komandalarında olub, iki dəfə ölkə çempionatlarında mükafatlar qazanıb, 2014-cü ildə Bolqarıstanın Burqas şəhərində keçirilən sambo üzrə Dünya Kubokunda 68 kq çəki dərəcəsində qalib gəlib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью