33 yaşlı kişi dəm qazından öldü

15.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью