Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bakıda daha bir nəfər dəm qazından ölüb.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 20 radələrində 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadığı Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. Oxu.az-ın məlumatına görə, B.Əzimov musiqiçi imiş.
O, saz ifaçısı kimi tanınırmış. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.