33 yaşlı şəxs Masazırda qətlə yetirildi

13.08.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 12-də saat 22 radələrində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sahil Nuriyev kəsici-deşici alətlə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью