33 yaşlı ulduz köhnə klubunda

18.08.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Vest Hem Yunayted”in hücumçusu Nikolas Füllkruq karyerasını Almaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı futbolçu 1 illik icarə əsasında keçmiş klubu “Verder”ə (Bremen) keçib.

Təcrübəli forvard daha əvvəl 2012–2014 və 2019–2023-cü illərdə Bremen təmsilçisinin şərəfini qoruyub.

Füllkruq ötən mövsüm Premyer Liqada keçirdiyi 8 matçda qol və ya məhsuldar ötürmə ilə fərqlənə bilməyib. Yanvar ayında icarə əsasında “Milan”a yollanan almaniyalı hücumçu A Seriyasında meydana çıxdığı 20 qarşılaşmada cəmi 1 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью