332 oyunda 200 ci qələbə: İtaliya A seriyasının tarixinə düşdü

27.01.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya çempionu "İnter"in baş məşqçisi Simone İnzaqi 200-cü qələbə həddinə A Seriya tarixindəki bütün məşqçilərdən daha tez çatıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, buna nail olmaq üçün 48 yaşlı mütəxəssisə 332 oyun lazım olub.

Əvvəlki rekord 338 oyunda 200 qələbə qazanan “Yuventus” və “Milan”ın keçmiş baş məşqçisi Massimiliano Alleqriyə məxsus idi.

İtaliya çempionatının 22-ci turunda "İnter" səfərdə "Leççe"ni 4:0 hesabı ilə məğlub edib. “İnter” 50 xalla ikinci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью