Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Metropoliteni ənənəsinə sadiq qalaraq retro vaqonları İçərişəhər stansiyasında nümayiş etdirir.
Stansiyada olarkən həmişəki kimi bu vaqonların ciddi maraq doğurduğunun şahidi olduq. Ən ciddi maraq təbii olaraq A tipli vaqonadır.
Yəni, Bakı Metropoliteninin birinci vaqonuna. Avtosfer.az xəbər verir ki, A tipli vaqonlar Moskvada Mıtişi Vaqonqayırma Zavodunda 1934-1939-
1935-ci ildə istismara verilən Moskva metrosu da sərnişin daşımağa bu vaqonlarla start verib.
1951-ci ilədək Moskva Metropoliteninin əsas inventarı olan A tipli vaqonlar tədricən xətdən çıxarılsa da, Arbat-Pokrovsk xəttində istismar 1975-ci ilədək davam edib.
1951-ci ildən etibarən xətdən çıxarılan vaqonların bir qismi doğranır, az bir hissəsi isə depolarda saxlanılır.
Moskva metrosunun 1001 nömrəli yedək vaqonu isə hələ o dövrdə layihələndirilən Bakı metropoliteninə yolölçən maşın qismində (şəkli Gənclik metrosundakı keçiddə var) göndərilir.