34 il əvvəl Ağdərədə itkin düşmüş hərbçi Mehriban Qarayeva dəfn edilib

20.02.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt şəhərində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər sakinləri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak edib.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşinin qalıqları Sumqayıt şəhəri, Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Qarayeva Mehriban Arif qızı 1970-ci ildə Sumqayıt şəhərində anadan olub.

1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində itkin düşüb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью