Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Norveçdə 2025-ci ilin çempionu məlum olub.
Futbolpress.az xəbər verir ki, Eliteseryendə 30-cu turda “Valerenqa”nı məğlub edən (5:1) “Vikinq” qızıl medalları qazanıb. Komanda ən yaxın izləyicisi “Bodo-Qlimt”i bir xal qabaqlayıb.
“Vikinq” 30 turda 22 qələbə qazanıb, 3 dəfə uduzub, 5 dəfə də heç-heçə edib.
“Vikinq” 34 il sonra çempionatda qızıl medalları qazanıb. Komanda sonuncu dəfə 1991-ci ildə çempion olmuşdu.