525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
34 il boyunca övlad sahibi olmaq arzusu ilə yaşayan bir cütlüyün hekayəsi Türkiyədə sosial şəbəkələrin ən çox danışılan mövzularından birinə çevrilib.
525.az xəbər verir ki, süni mayalanma (IVF) üsulu ilə illər sonra övladlarına qovuşan ailənin körpələri ilə birlikdə Anıtkabirə etdiyi ziyarət, Atatürkün ruhuna hörməti minlərlə insanı duyğulandırıb.
Paylaşılan görüntülərdə cütlüyün övladları ilə birlikdə Anıtkabirdə ehtiramlarını ifadə etdiyi, xatirə şəkilləri çəkdirdiyi görünür.
Qısa zamanda viral olan video sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. İzləyicilər paylaşımın altına "Ümidini itirməyən hər kəs üçün ilhamverici hekayə", "34 illik səbir öz bəhrəsini verdi" kimi çoxsaylı şərhlər yazıblar.
İlhamə Qasımlı