34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

02.04.2025

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 1-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN-in mətbuat xidməti yayıb. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,7 kiloqrama yaxın heroin, 29,5 kiloqrama yaxın marixuana, 2 kiloqramdan artıq metamfetamin, 755 qram tiryək, həmçinin 50 ədəd metadon həbindən ibarət olub.

Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью