Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-də qar və donma temperaturu ilə müşayiət olunan qış fırtınası nəticəsində ən azı 34 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə "USA Today" qəzeti məlumat yayıb.
****09:46
ABŞ "tarixi" qar yağışı və soyuq hava şəraiti ilə mübarizə aparır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Texas, Nyu-York , Nyu-Cersi və Vaşinqton da daxil olmaqla, ölkənin mərkəzi və şimal-şərq hissələrindəki ştatlarda və ərazilərdə başlayan qar fırtınaları və donma temperaturu gündəlik həyata mənfi təsir göstərməyə başlayıb.
Nyu-York şəhərində güclü qar yağışı və donma temperaturundan sonra Hudzon çayının bəzi hissələri donub. Çayda böyük buz parçaları əmələ gəlib.
Qeyd edək ki, ABŞ-də ən azı 30 nəfər donaraq ölüb.