34 yaşında karyerasını bitirdi

17.11.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

34 yaşında karyerasını bitirdi

PSJ-nin və Fransa millisinin sabiq müdafiəçisi Layvin Kurzava 34 yaşında futbolçu karyerasını bitirdiyini açıqlayıb.

QOL.az xəbər verir ki, fransalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Bir vaxtlar ilk addımı atmaq lazım idi. İndi isə bu yolun sonunu gətirmək üçün doğru anı seçməliyəm. İllərlə davam edən fədakarlıq, arzular və emosiyalardan sonra həyatımın bu möhtəşəm səhifəsini bağlamağın vaxtı çatıb. Futbol mənə hər şeyi öyrətdi və çox şey qazandırdı. 

“Monako”dan PSJ-yə, “Fulhem”dən “Boavişta”ya və nəhayət, “Persib”ə qədər tariximin yazılmasına kömək edən, mənə unudulmaz anlar yaşadan bütün klublara təşəkkür edirəm. Komanda yoldaşlarıma, klub prezidentlərinə, məşqçilərə, köməkçi heyətə, rəhbərliyə və bu möhtəşəm yolda qarşılaşdığım hər kəsə minnətdaram.

Xüsusilə Fransa millisinə təşəkkür etmək istəyirəm. Ölkəmi təmsil etmək fürsəti hər zaman mənim üçün böyük qürur mənbəyi olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью