34 yaşlı aktyor intihar etdi

13.10.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

"Breaking bad" serialında "Uolter Uayt-Cunior" obrazını canlandıran Ar-Cey Mitti dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, 34 yaşlı aktyor intihar edib.

Qeyd edək ki, Mitti sözügedən ekran işində baş qəhrəman Uolter Uaytın (Brayan Krenston) böyük oğluna həyat verib. O, 2008–2013-cü illərdə yayımlanan serialın beş mövsümündə də iştirak edib.

Personajı kimi Mitti də uşaqlıqdan serebral iflicdən əziyyət çəkib. Lakin aktyorun xəstəliyinin forması daha yüngül olub. Roluna hazırlaşarkən o, əsa ilə hərəkət etməyi öyrənib və nitqini dəyişdirib.

Aktyor televiziyada debütünü Disney-in "Hannah Montana" serialında edib. Onun rol aldığı işlər arasında "Now Apocalypse" ("İndi apokalipsis"), "Guardians of Justice" ("Ədalət keşikçiləri"), "Triumph" ("Zəfər"), "All the Little Things We Destroy" ("Məhv etdiyimiz bütün xırda şeylər") və digər layihələr var.

Aktyorluq karyerası ilə yanaşı, Mitti model kimi fəaliyyət göstərib və əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə məşğul olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью