34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var KONKRET

28.09.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Ağstafada qətl hadisəsi baş verib.

KONKRET.az report-a istinadla xəbər verir ki, hadisə rayonun parklarından birində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib. İlkin məlumata görə, R.İsmayılovu 1993-cü il təvəllüdlü Sabir Şükürov qətlə yetirməkdə şübhəli bilinir.

S.Şükürov keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью