34 yaşlı kişinin göldə meyiti tapıldı

25.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Hacıqabul rayonunda 34 yaşlı şəxs göldə boğulub.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Ələtli kəndi ərazisində yerləşən süni göldə bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində göldə batmış 1991-ci il təvəllüdlü Elman Teymurşah oğlu Nuriyevin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью