34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

24.08.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda aptekdə çalışan şəxs iş başında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, bu gün saat 03 radələrində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Orxan Fariz oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi Bakıxanov qəsəbəsi B.Bünyadov küçəsi köhnə aptek bazada tapılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью