34 yaşlı UFC idmançısı yuxuda dünyasını dəyişdi

04.08.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Braziliyalı UFC döyüşçüsü Allan Nascimento 34 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə Ultimate Fighting Championship (UFC)-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, idmançının ölümü yuxuda olarkən ürək tutması nəticəsində baş verib.

Allan Nascimento peşəkar MMA karyerası ərzində 29 döyüş keçirib. O, 22 qarşılaşmada qələbə qazanıb. Braziliyalı döyüşçü UFC-də isə 6 dəfə oktagona çıxıb və bu görüşlərdə 4 qələbə, 2 məğlubiyyət göstəricisi ilə yadda qalıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью