Icma.az, Milli.az saytına istinadən bildirir.
Türkiyənin məşhur pop ulduzu Ajda Pekkan illər keçməsinə baxmayaraq, enerjisi və görünüşü ilə diqqət çəkməyə davam edir.
Milli.Az xəbər verir ki, 80 yaşlı sənətçinin formada qalmasının əsas səbəbləri arasında müntəzəm idman, yoqa və aktiv həyat tərzi göstərilir. Ajda Pekkanın qidalanmasına da xüsusi diqqət yetirdiyi və sağlam yaşam tərzinə üstünlük verdiyi bildirilir.
Bununla yanaşı, Türkiyə sosial şəbəkələrində sənətçinin illər ərzində çoxsaylı estetik əməliyyatlar keçirdiyi barədə iddialar yayılıb. Bəzi paylaşımlarda Ajda Pekkanın 35 dəfə estetik əməliyyat etdirdiyi irəli sürülür.
Lakin bu rəqəmlə bağlı sənətçinin özü tərəfindən təsdiqlənmiş rəsmi məlumat yoxdur. Ajda Pekkanın görünüşü isə sosial şəbəkələrdə zaman-zaman müzakirə mövzusuna çevrilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)