Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dəvət olunan təxminən 50 dünya liderindən təxminən 35-i ABŞ tərəfindən yaradılan "Sülh Şurası"na qoşulmaq istəklərini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev prezidenti Donald Trampı Davos səfərində müşayiət edən ABŞ administrasiyasının rəsmisi bildirib.
Amerikalıya görə, ümumilikdə 50-yə yaxın dəvətnamə göndərilib.
16 yanvarda Tramp Qəzza zolağını idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını elan edib.
Dəvət olunmuş dünya liderləri arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan Baş naziri Nikol Paşinyan və Ukrayna lideri Volodimir Zelenski də var.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.