35 il sonra ilk qatar Azərbaycandan keçib, İrəvana gedir

23.12.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

1990-cı illərdən bəri ilk dəfə olaraq, Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Ermənistana taxıl vaqonları yola düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə Privoljski Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, səkkiz taxıl vaqonundan ibarət ilk partiya Azərbaycan vasitəsilə Yerevan stansiyasına çatdırılacaq. 

Bu ilin sonuna qədər bu marşrutla iki min tondan çox buğda ilə yüklənmiş 30 taxıl vaqonunun çatdırılması planlaşdırılır.

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью