Metbuat saytına istinadən Icma.az xəbər verir.
Yeni mövsümün transfer hazırlıqlarını davam etdirən “Qalatasaray”da Davinson Sançesin gələcəyi ilə bağlı mühüm addım atılıb. İtaliyanın “Komo” klubunun kolumbiyalı müdafiəçini israrla heyətinə qatmaq istəməsindən sonra sarı-qırmızılı rəhbərlik transfer şərtlərini müəyyənləşdirib.
Metbuat.az xəbər verir ki, hazırda Kolumbiya yığmasının tərkibində Dünya Çempionatında mübarizə aparan ulduz futbolçunun transferində İtaliya təmsilçisi ciddi təzyiq yaratmağa çalışır.
Sançesin fikrinin qarışmasını istəməyən “Qalatasaray” rəhbərliyi “Komo”ya rəsmi mesaj göndərərək transfer danışıqları üçün qapını 35 milyon avrodan açıb. İstanbul klubunun İtaliya təmsilçisinə “Bu məbləğdən bir avro aşağı təkliflə qarşımıza gəlməyin” deyərək qətiyyətli mövqe nümayiş etdirdiyi bildirilir. Rəhbərlik digər tərəfdən isə hər hansı bir ayrılıq ehtimalına qarşı alternativ müdafiəçi axtarışlarına start verib.