3.5 milyon manatlıq layihə

19.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Güləbird kəndində elektrik təchizatı şəbəkəsinin tikintisi ilə bağlı iri həcmli layihə həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, ayrılan vəsaitin ümumi məbləği 3.546.329,00 manat təşkil edir. Layihə çərçivəsində Güləbird kənd yaşayış məntəqəsinin fasiləsiz və müasir standartlara cavab verən elektrik enerjisi ilə təmin olunması üçün müvafiq infrastrukturun qurulması və tikinti-quraşdırma işlərinin aparılması nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bu layihə Böyük Qayıdış proqramı çərçivəsində kəndin bərpası və sakinlərin məskunlaşması üçün lazımi infrastrukturun yaradılmasına xidmət edir. pizza sifarişi

Cəlalə Cəlalqızı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью