3,5 milyon manatlıq şirkət 10 manata endi

12.11.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“PALID-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 0400295921) nizamnamə kapitalını azaldıb.

“Yeni Sabah” xəbər verir ki, cəmiyyətin nizamnamə kapitalı 3 milyon 516 min manatdan 10 manata endirilib.

Qanunvericiliyə uyğun olaraq, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay müddətində öz tələblərini şirkətin yerləşdiyi ünvana — Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 5 ünvanına bildirə bilərlər. İnternetdən sifariş

Qeyd edək ki, “PALID-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən, tikinti materialları və aksessuarlarının idxalı, topdan və pərakəndə satışı ilə məşğul olan yerli şirkətdir.

Cəlalə Cəlalqızı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью