35 milyonluq milli üzvü cəmi 135 minə bu kluba keçdi RƏSMİ

18.02.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İslandiya millisinin sabiq futbolçusu Qilfi Siqurdsson vətənində özünə yeni klub tapıb. 

Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Vikinqur"la müqavilə imzalayıb. 

Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. Müqavilənin müddəti və digər detalları hələ açıqlanmayıb, lakin "Transfermarkt" portalı "Valur" və "Vikinqur" arasında sövdələşmənin 135 min avro olduğunu qeyd edib. Halbuki, onun karyerasının zirvəsindəki dəyəri 35 milyon avro idi.

Xatırladaq ki, İslandiya millisinin sabiq futbolçusu karyerası ərzində İngiltərə Premyer Liqasının “Everton” və “Tottenhem” klublarında, həmçinin, “Hoffenhaym”, “Suonsi” kimi Avropa klublarında çıxış edib. 

Siqurdsson İslandiya millisində 83 oyun keçirib və 27 qol vurmağı bacarıb. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью