35 min il əvvələ aid pişik mumiyası tapıldı

28.11.2024

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

35 min il əvvələ aid pişik mumiyası tapıldı

Sibirdə 35 min il əvvəl yaşadığı təxmin edilən pişik mumiyası tapılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, alimlər "Homotherium latidens" adlı pişik növünə aid olan bu mumiya üzərində araşdırma aparıblar. Araşdırmalar nəticəsində pişik balasının 35 min yaşında olduğu müəyyən edilib.

Həmçinin balanın dərisinin mükəmməl şəkildə qorunduğu, tükünün və dişlərinin quruluşunun diqqət çəkdiyi qeyd edilib.

Elm adamları, mumiyanın Asiyada kəşf edilən ilk "qılınc dişli pişik mumiyası" olduğunu və növün pleystosen dövründə Avrasiyanın böyük bölgələrində yayıldığını sübut etdiyini bildiriblər.

Pişiyin biologiyası və həyat tərzi haqqında daha çox məlumat DNT analizi vasitəsilə əldə ediləcək.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью