35 mindən çox şəxsə əlillik təyin olundu

17.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 35,3 min şəxsə əlillik təyin edilib.
Bizim.Media xəbər verir ki, onlardan 14,7 min şəxsə ilkin, 20,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью