Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikalı müğənni Nikol Teylor vəfat edib.
Axşam.az xəbər verir ki, ifaçı 35 yaşında dünyasını dəyişib.
2022-ci ildə Nikolaya süd vəzisinin aqressiv, üçüncü mərhələli xərçəngi diaqnozu qoyulub. İlk vaxtlar müğənninin müalicəsi yaxşı reaksiya verib. Lakin bir müddət sonra xərçəng yenidən qayıdıb və dördüncü mərhələyə keçib. Həkimlər sənətçinin təxminən üç ay ömrünün qaldığını proqnozlaşdırsalar da, o, bundan sonra daha bir il yaşayıb.
Qeyd edək ki, Nikol Teylor TikTok-da geniş populyarlıq qazanan ailəvi kantri qrupu “Taylor Red”in üzvü olub. Qrup “Country Money” və “Rent Free” mahnıları ilə tanınıb.